Sakit! İmtahan gedir

sakit-imtahan-gedir
Oxunma sayı: 828

İmtahan saat 11.00-da başlayıb, saat 14:00-da başa çatacaq.

İmtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçirilir.

Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Onlardan 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.