Saxlanılan avtoritetlərin adları açıqlandı

saxlanilan-avtoritetlerin-adlari-aciqlandi
Oxunma sayı: 652

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yanvarın 19-da Xətai rayonu ərazisindəki «Fərat» çay evində cinayətə meylli bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı daxil olub.

Məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Etibar Abbasov, əvvəllər məhkum olunmuş Natiq Atakişiyev, Natiq Məmmədov, Rusiya Federasiyası vətəndaşları Xalid Umudov, əvvəllər məhkum olunmuş Əsgər Əsgərov, Tovuz rayon sakini Nemət Abdullayev, Bakı şəhər sakinləri Elman Əliyev, əvvəllər məhkum olunmuş Natiq Eyvazov, Emin Eyvazov, Zaur Məmmədov və Şəki şəhər sakini Ramil Ağasiyev saxlanılıblar.

Üzərlərinə baxış zamanı E. Abbasovdan 1 ədəd «Makarov» markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X. Umudovdan 1 ədəd nömrəsi silinmiş «TT» markalı tapança və 5,200 qr heroin, E. Əliyevdən 1 ədəd nömrəsi silinmiş «Naqan» markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.