“Səadət sarayı” yenidən təmir olunur? - Fotolar

seadet-sarayi-yeniden-temir-olunur
Oxunma sayı: 5123

Uzun illərdir, paytaxtda nikah mərasimlərinin keçirildiyi əsas məkan olan Səadət sarayının yenidən təmirə bağlanması barədə məlumatlar yayılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Qafqazinfo”ya bildirib ki, hazırda sadəcə sarayın fasadında təmir işləri aparılır:

“Sarayın fasadında bəzi memarlıq elementləri qopub düşüb, çatlar əmələ gəlib. Ona görə də sadəcə fasadda bəzi işlər görülür, hər hansı bir güclü təmir-bərpa işləri aparılmır. Artıq işlərin 40%-i yekunlaşıb. Təxmini iki ay ərzində görülən işlər yekunlaşacaq”. 

Qeyd edək ki, azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilmiş sarayda 2012-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Günel Hacı

Foto: Pərvin Zeynal