Səbinə Mirzəyeva dəfn edildi - Fotolar

sebine-mirzeyeva-defn-edildi
Oxunma sayı: 17141

Tanınmış ginekoloq Səbinə Mirzəyeva bu gün dəfn edilib.
 
"Qafqazinfo"nun verdiyi xəbərə görə, S.Mirzəyevanın cənazəsi Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb. 

O, dünən yüksək təzyiq nəticəsində beyninə qan sızmasından vəfat edib.

Dəfndə həkimin həmkarları, pasiyentləri və digər tanınmış şəxslər iştirak ediblər.