Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib

sefer-mehdiyev-qaxda-vetendaslari-qebul-edib
Oxunma sayı: 1751

İyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qax şəhərində vətəndaşları qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, sədr qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.