Səhər proqramını o aparacaq - ATV-də dəyişiklik

seher-proqramini-o-aparacaq
Oxunma sayı: 3307

Tanınmış aparıcı İlqar Mikayıloğlu “ATV səhər”in aparıcısı olub.  “Qafqazinfo” xəbər verir ki, o, bu gündən etibarən tamaşaçı qarşısına çıxıb. İlqar əməliyyatdan qısa müddət sonra Lalə Azərtaşla canlı yayıma çıxıb. 

Qeyd edək ki, “ATV səhər”in aparıcıları arasında tez-tez dəyişiklik olur. Bundan əvvəl proqramın aparıcıları L. Azərtaşla birgə  Azər Axşam, daha sonra Şahin Əliyev olub. 

Yeni ildən etibarən verilişi İ. Mikayıloğlunun aparması planlaşdırılsa da, o, anidən əməliyyat olunub və Azərtaş efiri bir neçə həftəlik tək aparmalı olub.