Şəhidlər Xiyabanında naməlum kişi meyiti tapılıb

sehidler-xiyabaninda-namelum-kisi-meyiti-tapilib
Oxunma sayı: 1659

Lənkəran şəhəri Şəhidlər Xiyabanı ərazisində naməlum kişi meyiti tapılıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, onun 50-55 yaşı arasında olduğu bildirilir.
 
Meyit müayinə olunmaq üçün Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.