Şəki Xan sarayında yaralananlardan 4-nün vəziyyəti ağırdır - Səhiyyə Nazirliyi

seki-xan-sarayinda-yaralananlardan-4-nun-veziyyeti-agirdir
Oxunma sayı: 7551

Xəbər verdiyimiz kimi, Şəki Xan sarayının həyətində ağacın budağının aşması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya daxil olan ən son məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağır, digər 15-nin vəziyyəti isə normaldır. 

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.