Sərbəst yürüşün birincisi o oldu

serbest-yurusun-birincisi-o-oldu
Oxunma sayı: 1109

“Formula 1 SOCAR Azərbaycan Qran-Prisi” çərçivəsində aprelin 26-da keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub.

“Carlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Saat 13:00-da isə Formula 1 yarışlarının ilk sərbəst yürüşlərinə start veriləcək.