Sevildən ona elçi düşən oğlana cavab - “Ailə yalansız qurulmalıdır”

sevilden-ona-elci-dusen-oglana-cavab
Oxunma sayı: 5969

Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verilişində maraqlı anlar yaşanıb. “Qafqazinfo” xəbər verirlər ki, proqramda qonaq olan Sevil və Sevinc Səfərovalar ötən ilin dekabr ayında canlı yayımda baş verən elçilik məsələsinə aydınlıq gətiriblər. 

Sevil onunla evlənmək istəyən Həzrət adlı şəxslə məktubla cavab verib. Verilişin aparıcısı Zaur Kamal Həzrətə məktubu təqdim edib.  Müğənni ilə evlənmək istəyən gənc yazılanlarla razılaşdığını bildirib: “Məktubda yazılanların hamısı düzdür”.  

Aparıcı həmin qayınana namizədinin əvvəlki efirdə yalan danışdığını bildirib: “Siz demişdiz ki, oğlum nişanlı olmayıb. Əkizlər bunu da ortaya çıxardı”. 

Xanım ittihamlara cavab vermək istəyib, lakin onun mikrofonunun səsi alınıb. Həzrət isə nişanlı olduğunu, qızın isə başqasına qoşulub qaçdığını etiraf edib.

Sevilin bacısı Sevinc qarşı tərəfin yalan danışdığını bildirib. 

“Cavabımız “yox”dur. Bunun səbəbini ailə bilir. Ailə həyatı qurmaq zarafat deyil. Hər şeyi araşdırmaq lazımdır. Biz xanımlara məsləhət görürük, deyirik ki, ailə quranda diqqətli olun. Ailənin təməli möhkəm və yalansız olmalıdır”.