“Sevilməsəydi, klip çəkdirməyəcəkdim”

sevilmeseydi-klip-cekdirmeyecekdim
Oxunma sayı: 1135


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Elşən Cəfərzadə “Sev demə” mahnısına çəkdirdiyi klip haqda danışarkən bildirib: 

“Mahnının sözləri Nado, musiqisi sevilən bəstəkar Pərviz Mahmudova məxsusdur. Bu mahnını oxumağıma səbəb Mahmudovun müasir pop-estrada janrında öz sözünü deməsi oldu.  “Sev demə”nin göstəriciləri uğur qazanacağından xəbər verirdi. Kompozisiyaya rejissor Orxan Əli quruluş verib. Uğur gətirən mahnıya klip çəkdirmək şərtdir. Klip maddi və mənəvi baxımdan asan başa gəlmədi. Son dövrlərdə bu üslubda çəkilən kliplərdə adətən, bir və ya iki məkan olur, bizim klipin çəkilişləri 9 məkanda aparılıb. Çox maliyyə tələb etsə də,  klipdə məkanların çox olması vizual baxımdan gözəl görünür və tamaşaçının gözü yorulmur. Çəkiliş zamanı çox çətinliklərlə qarşılaşdıq. Çox soyuq havada, 6 dərəcə istidə nazik geyimdə çəkilirdik. Qəbələdə Nohurgöldə çəkiliş zamanı qayıq az qala aşmışdı”.  “Sev demə” haqqında İran, Ərəb və Türk saytları da məlumat verib və mahnını  saytlara yerləşdiriblər. Klip televiziya kanallarında yayımlanır”. 

“ANS” telekanalının “Günəbaxan” verilişində Cəfərzadənin ifasında “Sev demə”ni dinləyən və bəyənən aparıcı İlqar Mikayıloğlu müğənnidən canlı ifa istəyib. “Şur” muğamını oxuyan müğənni aparıcının təəcübünə səbəb olub. estrada janrında oxuyan Elşənin ustalıqla muğam oxumasını görən aparıcı “Mən sadəcə susuram” deyə reaksiya bildirib və onu təbrik edib. 

Xatırladaq ki, E. Cəfərzadə xalq artistləri Əlibaba Məmmədov və Məmmədbağır Bağırzadənin tələbəsi olub.