“Sevilya”dan darmadağın, “Çelsi”dən səfər qələbəsi - Video

sevilyadan-darmadagin-celsiden-sefer-qelebesi
Oxunma sayı: 1922

UEFA Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın “Sevilya” klubu öz meydanında Belçikanın “Standard” klubunu qəbul edib.

“Sevilya” rəqibini 5:1 hesabı ilə darmadağın edib.

İngiltərənin “Çelsi” klubu isə səfərdə Yunanıstanın PAOK klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Hər iki matçın icmalını təqdim edirik: