“Qafqazinfo”nun məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzərTAc-a bildirib ki, hazırda bunun üçün inkişaf etmiş Avropa ölkələri ilə danışıqlar aparılır. Gətiriləcək attraksionlardan birinin “Şeytan çarxı” olacağı gözlənilir.
Bulvar İdarəsi qarşıdan gələn Novruz bayramı ilə bağlı hazırlıqlara da başlamaq niyyətindədir. Martın 19-da Dənizkənarı Milli Parkda bayram tədbiri keçiriləcəkdir. Artıq bununla bağlı komissiya yaradılmışdır və işlər aparılır.
Son xəbərlər
Son Xəbərlər