Şeyxülislam Rus Pravoslav Kilsəsinin rəhbərləri ilə görüşdü

seyxulislam-rus-pravoslav-kilsesinin-rehberleri-ile-gorusdu
Oxunma sayı: 640

QMİ-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin gün Moskva şəhər meriyasında Sergey Semyonoviç Sobyanin QMİ sədri Şeyxülislam A. Paşazadəni qəbul edib. Tərəflər arasında təkbətək keçirilmiş görüş zamanı soydaşlarımızın RF cəmiyyətinə mənəvi baxımdan daha uğurlu inteqrasiyası ilə bağlı məsələlər müzakirə edilib.

RF səfəri çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə Rus Pravoslav Kilsəsinin Xarici Kilsə əlaqələri Şöbəsinin rəhbəri Mitropolit İlarion və Kilsə və Cəmiyyət əlaqəri şöbəsinin rəhbəri Vsevolod Çaplinlə görüşüb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə hər iki dini mərkəz arasında əməkdaşlıgın səviyyəsindən razılıq ifadə olunub, dinlərarası dialoqa dair gələcək perspektivlər müzakirə olunub, o cümlədən, Moskva və bütün Rusiya Patriarxı Kiril və Şeyxülislam A. Paşazadənin həmsədrləri olduğu MDB Dinlərarası Şurası xətti ilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.