“Silahlı qüvvələr haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

silahli-quvveler-haqqinda-qanun-layihesi-muzakireye-cixarilir
Oxunma sayı: 2260

“Silahlı qüvvələr haqqında” qanun layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə  mübarizə komitəsində müzakirəyə çıxarılacaq.

Bu barədə “Qafqazinfo”ya məlumat verən komitə üzvü Zahid Oruc qeyd edib ki, sənəd ölkə başçısının təşəbbüsü ilə parlamentə daxil olub: “Layihənin qəbulunda başlıca məqsəd Silahlı qüvvələrin təyinatı və əsas vəzifələrini müəyyənləşdirmək,hərbi quruculuğun prinsiplərini və müxtəlif növ hərbi birləşmələr arasında qarşılıqlı əlaqələri təyin etməkdir. Burada eyni zamanda, Silahlı qüvvələrin maliyyə təminatı, şəxsi heyətin və komplektləşmənin həyata keçirilməsinə dair vəzifələr də əksini tapıb. Şübhəsiz ki, hər bir hökumət strukturunda olduğu kimi Silahlı qüvvələrin şəxsi heyətinin məsuliyyəti də hüquqla müəyyən edilir. Bir sözlə qanun layihəsi Konstitusiyanın tələbidir-Azərbaycanda hansı növ silahlı qüvvələr ola bilər və onların səlahiyyətləri nədən ibarətdir”.

Günel Türksoy