Sima tanınmaz halda - Fotolar

sima-taninmaz-halda
Oxunma sayı: 3557

Beş ildir ki, Türkiyədə yaşayan və “Barbie”yə bənzəmək üçün bir neçə dəfə estetik əməliyyat etdirən model Sima Şərafətdinova son fotoları ilə gündəmə gəlib.

“Qafqazinfo” Milliyet qəzetinə istinadən xəbər verir ki, eyni zamanda pilot olan Simanın instaqramdakı yeni paylaşımları tənqid atəşinə tutulub.

Sosial şəbəkə istifadəçiləri modelin həddindən artıq makiyajdan, fotoşopdan və plastik əməliyyatlardan istifadə etdiyini qeyd ediblər. 

Qeyd edək ki, Sima Azərbaycan ictimaiyyətinə məşhur “İşte benim stilim” yarışması ilə tanınıb.