Şirvanda eyvan çökdü, qadın altında qaldı

sirvanda-eyvan-cokdu-qadin-altinda-qaldi
Oxunma sayı: 2601

Şirvanda şəhər Nəriman Nərimanov küçəsi 9 ünvanında bədbəxt hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, 3-cü mərtəbənin eyvanı çökərək alt mərtəbəyə düşüb. Nəticədə eyvanın üzərində olan Şirinova Lətifə Rəsul qızı dağıntılar altında qalıb.

Sınıq xəsarətləri alan 1954-cü il təvəllüdlü qadın şəhər xəstəxanasına çatdırılıb.