Somalidə aclıqdan ölənlərin miqyası genişlənir

somalide-acliqdan-olenlerin-miqyasi-genislenir
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, bu xəbəri “Euronews” telekanalı yayıb. Təşkilatın açıqlamasında aclığın ölkənin cənubundak Bay bölgəsini də əhatə etdiyi qeyd olunur. Bundan başqa, dörd milyon adamın böhranın astanasında olduğu, bunlardan 750 mininin gələcək dörd ayda ölüm riski daşıdığı barədə xəbərdarlıq edilib.
Xəbər verilir ki, ölkənin Puntland və Galmudug bölgələrində yerli liderlər keçən həftə baş verən şiddətli qarşıdurmalardan sonra atəşkəs haqqında razılığa gəliblər. İki bölgədəki tayfalar arasıdna baş verən münaqişə ən azı 27 nəfərin ölümünə səbəb olmuşdu.
Keniyanın Somali sərhədinə yaxın Vajir bölgəsində xəstə uşaqların sayı getdikcə artır. Qidasızlıq və xəstəliklər körpələrin ölümünə səbəb olur.