Somalidə ölənlərin sayı 50 nəfərə çatdı

somalide-olenlerin-sayi-50-nefere-catdi
Oxunma sayı: 1120

Somalidə ötən gün ard-arda baş vermiş 4 partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, azı 60 nəfər isə yaralanıb. 

Qeyd edək ki, Somalinin paytaxtında mehmanxanalardan birinin yaxınlığında əvvəlcə avtomobillərə quraşdırılımış 3 partlayıcı işə düşüb.

Yaralılara kömək etmək üçün hadisə yerinə gələn tibb işçilərinin yanında isə daha bir avtomobil partladılıb. Bu isə terror qurbanlarının sayının artmasına səbəb olub.