Son on gündə Bərdə doğum evində 4 körpə öldü - Şok

son-on-gunde-berde-dogum-evinde-4-korpe-oldu
Oxunma sayı: 3551

Bərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb. 

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib. İstintaq davam etdirilir.

Qeyd edək ki, son günlər Bərdə Doğum Evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Fevralın 21-də Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb. Fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları vəfat edib.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırlır. 

“Bundan başqa bu körpələrdən biri xəstəxanaya ana bətnində ölü daxil olub. İstintaq orqanlar araşdırma bitdikdən sonra açıqlama verəcək”.

Günel Hacı

Murad Əhməd