Sumqayıtda “Karvan” yenə də yandı

sumqayitda-karvan-yene-de-yandi
Oxunma sayı: 3280

Sumqayıt şəhərində səhər saatlarında yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb. 

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da söndürülüb.

Murad Əhməd