Taksi aktyorun maşınına çırpıldı - Fotolar

taksi-aktyorun-masinina-cirpildi
Oxunma sayı: 1897

Türkiyənin məşhur aktyoru Tolgahan Sayışmanın başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, sevgilisi Almeda Abazi ilə avtodayanacaqdan çıxan aktyorun maşınına taksi çırpılıb. 

Ölən və yaralanan olmasa da, hər iki avtomobil əzilib. Maddi ziyana düşən Tolga polisə xəbər verib. 

Sayışman mətbuat nümayəndələrinin suallarına da qısa olaraq cavab verib: “Çox şükür, sağlamıq, yaxşı qurtardıq”.