Taylandda döyüşçü maşınında 40 bomba ilə yaxalanıb

taylandda-doyuscu-masininda-40-bomba-ile-yaxalanib
Oxunma sayı: 939

Tayland polisi avtomobillə uzun təqibdən sonra maşının pikapında 40 əldəqayırma bomba və qranat daşıyan separatçı militanı saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba və qranatdan başqa, avtomobilin pikapında 36 qutu detonatorlar tapılıb. 

Maşında olan iki nəfərdən biri qaçmağa müvəffəq olub. Hazırda həmin şəxs axtarışa verilib. 

Polisin sözlərinə görə, bombalar separatçı qruplardan birinə məxsus olub və ölkənin cənub əyalətlərində, insanların sıx toplaşdıqları yerlədə partlayış təşkil etmək üçün nəzərdə tutulub.