Tələbələrin ingilis dili təkmilləşdiriləcək

telebelerin-ingilis-dili-tekmillesdirilecek
Oxunma sayı: 638

RED Communications Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 2011-ci ilin 22-31avqust tarixində Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcək bu xüsusi proqram çərçivəsində Universitetin ingilis dili fakültəsindən seçilmiş, bakalavr pilləsində təhsil alan altı tələbəyə bir həftəlik həm ingilis dili kursları, həm də mədəniyyət proqramı təşkil ediləcək. Bu kurs tələbələrə sosial və elmi sahələrdə ingilis dilindən daha əminliklə istifadə etməyə imkan verəcək.

Mədəni proqrama London, Oksford, Vorvik və Şekspirin anadan olduğu Stratford-upon-Avon–a səfərlər daxil edilib. Bu səfərlərdə proqram iştirakçılarına Britaniya mədəniyyəti barəsində geniş məlumat əldə etmək imkanı veriləcək. Proqram iştirakçıları, həmçinin Britaniyali ailələrdə yaşamaqla gündəlik əsasda ingilis dili bacarıqlarını daha da inkişaf etdirə biləcək, Britaniya mədəniyyəti ilə tanış olacaq və mədəniyyətlərarası əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirmək fürsəti əldə edəcəklər.

Nigar Məmmədli