“Texnikabank” yenilik təqdim etdi

“Texnikabank” yenilik təqdim etdi
Oxunma sayı: 176

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu xidmət müştərilərə Azərbaycanın hər yerindən Beynəlxalq Forex Bazarına qatılmaq, günlük ticarət dövriyyəsi 4 trilyon dollardan çox olan bu maliyyə bazarında ticarət etmək imkanı yaratmaqdadır. Forex Bazarı müxtəlif ölkələrin valyutalarının qarşılıqlı olaraq alınıb-satıldığı Beynəlxalq Maliyyə Bazarıdır. Dünyanın hər yerindən beynəlxalq şirkətlərin, bankların, investisiya fondlarının iştirak etdiyi bu maliyyə bazarında valyutalarla ticarət edilir. Müştəriləri üçün daim açıq və etibarlı bank olan Texnikabank ASC, təqdim etdiyi Texnikabank FX xidməti ilə Azərbaycanın hər yerindən bu bazara qatılmaq, valyutalarla ticarət edərək gəlir qazanmaq imkanı yaradır. Forex Bazarına etibarlı bank vasitəsi ilə qatılmaq üçün Texnikabank FX-də Real Hesab açmaq kifayətdir. Real Hesab Beynəlxalq Forex Bazarına qatılmaq üçün ticarət hesabıdır.

Forex Bazarında ticarət fəaliyyəti Texnibank FX tərəfindən təqdim edilən ticarət terminalı vasitəsi ilə həyata keçirilməkdədir. İstifadəsi sadə olan ticarət terminalı zəngin texniki analiz imkanları, dərhal ticarət və gözləmə əmirləri, qaynar xəbərlər və başqa üstünlükləri ilə birja iştirakçılarının sərmayələrini idarə etməkdə ən yaxın tərəfdaşı olacaqdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi