Təyyarə avtomobil yoluna çırpıldı - Fotolar + Video

teyyare-avtomobil-yoluna-cirpildi
Oxunma sayı: 1598

ABŞ-ın Los-Anceles şəhərində “T6 Texan” tipli hərbi təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” KTLA-ya istinadən xəbər verir ki, təyyarə texniki nasazlıq səbəbindən avtomobil yoluna təcili eniş etmək istyərəkən yoldakı avtomobillərdən birinə dəymək təhükəsi ilə üzləşib.

Bu zaman pilot təyyarəni ani manevr etdirərək avtomobildən yan keçirtmək istəyib və nəticədə qəzaya uğrayıb. Pilot isə yanan təyyarədən özünü dərhal kənara ataraq sağ qalıb.

Qəza səbəbəindən magistral yolu hər iki istiqamətində avtomobillərin hərəkəti bir neçə saatlıq dayanıb.