Tramp erməniləri bu il də sevindirmədi

tramp-ermenileri-bu-il-de-sevindirmedi
Oxunma sayı: 1204

ABŞ prezidenti Donald Tramp qondarma erməni “soyqırımı”nı “böyük fəlakət” (“Mets Yegern”) adlandırıb.

“Qafqazinfo”nun “CNNturk”ə istinadən məlumatına görə, o, 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi ənənəvi açıqlamada “soyqırım” ifadəsini işlətməyib.

Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də  “soyqırım”ın ildönümünü qeyd edirlər.