Transseksuallar ABŞ ordusuna qayıdır

transseksuallar-abs-ordusuna-qayidir
Oxunma sayı: 1859

ABŞ Müdafiə Nazirliyi transseksualların yenidən orduya qəbul ediləcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyulda Donald Tramp ordunun transseksuallardan tamamilə təmizləcəyini bildirsə də, oktyabrda Vaşinqton məhkəməsi bunun əksinə qərar qəbul etmişdi.

Məhkəmə eks-prezident Barak Obama dövründəki kimi transseksualların orduda olmasını qərarlaşdırmışdı.

Artıq Müdafiə Nazirliyi bu qərarı icra etməyə başlayıb.