Türkiyəli idmançı 3-cü mərtəbədən düşdü - Vəziyyəti ağırdır

turkiyeli-idmanci-3-cu-mertebeden-dusdu
Oxunma sayı: 1041

Türkiyə millisinin reqbi oyunçusu Jansin Turqut 3-cü mərtəbədən düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İbiza hava limanının avtodayanacağında baş verib. 23 yaşlı idmançı 3-cü mərtəbədən yerə çırpılıb. Hazırda reanimasiyada olan Turqutun vəziyyəti ağırdır.

Onun intihar etməsi ilə bağlı şübhələr var. Polis araşdırma aparır.