Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq.
“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir.
Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.
Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər