Universitetdə islam dini fakültəsi açılacaq

universitetde-islam-dini-fakultesi-acilacaq
Oxunma sayı: 637

“Azerimuslims.com” “islamonline.com” internet portalına istinadən bildirir ki, Yeni Zelandiyada islama olan marağın getdikcə artdığını nəzərə alan Oakland universitetinin rəhbərliyi gələn yeni tədris ilindən etibarən təhsil ocağında İslam dini fakültəsinin yaradılması barədə qərar qəbul edib.

Universitet rəhbərliyinin açıqlamasında təhsil ocağında xristianlığın tədqiq edilməsi üçün eyni adlı fakültənin fəaliyyət göstərdiyi, ancaq ölkədə din və etiqad sahəsinin tədqiqinə olan tələbat nəzərə alınaraq, abituriyentlərə yeni imkanlar təqdim etmək üçün İslam dini fakültəsinin də açılmasının məqsədəuyğun olduğu bildirilib.

“İslam mədəniyyətinin və cəmiyyətlərinin tədqiqi dünya sivilizasiyasına, tarixi əhəmiyyətə və müasir qlobal siyasətə öz töhfəsini vermiş beynəlxalq səviyyədə tanınmış hər bir universitetin vacib elementlərindən biridir”, - deyə Oakland universitetinin İslam Tədqiqatları Şöbəsinin sədri Zeyn Əli bildirib.

Zeyn Əli yeni açılacaq fakültənin tələbələrin böyük əksəriyyətinin marağını cəlb edəcəyini bildirərək, bir çox gənc tədqiqatçının fakültədə İslamla bağlı müxtəlif suallara cavab tapacağını deyib.

Məlumat üçün deyək ki, İslam dini dünyanın Kembric, Oksford və Yale universitetləri kimi nüfuzlu təhsil ocaqlarında da tədris olunur.