Üzüyə görə FHN-ə zəng vurdu

uzuye-gore-fhn-e-zeng-vurdu
Oxunma sayı: 1659

Bakı sakini barmağını sıxan üzüyə görə Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.