Vəhhabilərin dükanı dağıdılıb - - Salyanda+Yenilənib

vehhabilerin-dukani-dagidilib-
Oxunma sayı: 6533


“Qafqazinfo” Azadlıq.infoya istinadən xəbər verir ki, qəzəblənmiş dəstə, eyni zamanda vəhhabi icmasının əsas simalarından olan iş adamının dükanını da dağıdıblar. Dükanın adı “Haris” olub. Salyanın şiə əhalisi hesab edir ki, vəhhabi iş adamı İmamın övladlarının qətlə yetirilməsində adı hallanan bir adamın adını dükana verməklə həmin iş adamı şiələrin heysiyyatı ilə oynayıb.

Sayt yazır ki, hadisə ilə bağlı bu gün Salyanda araşdırma aparılır. Hadisədə fəallıq göstərməkdə şübhəli bilinən şəxslər Polis İdarəsinə çağırılır. Şəhərin Mirqulam adlı axundu hal-hazırda polis İdarəsində dindirilir. Dünənki hadisələrdə vəhhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb. Ağır xəsarət alan daha bir şəxs isə vəhhabi təriqətindən olan Rafael adlı şəxsin oğludur. Salyanda vəhhabi camaatının imamı Möhsün adlı şəxsdir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, bu gün bəzi xəbər portallarında guya Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə olan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir: “Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən mətbuat nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Salyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanlışdır və uydurmadır”.

 E. Zahidov, həmçinin Salyanda baş verən hadisənin əsl mahiyyətini açıqlayıb: “Həqiqət ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin “102-zəng” xidmətinə, atası Mahir Pənahov isə Rayon Polis Şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırdıqlarını bildiriblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qrupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub, onlar Rayon Polis Şöbəsi dəvət edilərək izahatları alınıb. Hazırda faktla bağlı Rayon Polis Şöbəsi təhqiqat aparılır”.