Vəzifə təklifini rədd etdi - “Biz heç vaxt…”

vezife-teklifini-redd-etdi
Oxunma sayı: 4615

Ukraynanın Odessa vilayətinin keçmiş başçısı Mixeil Saakaşvili Kiyev şəhərinin meri Vitali Kliçkonun ona təklif etdiyi vəzifədən imtina edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, addımını bu sözlərlə izah edib:

“Biz heç vaxt öz prinsiplərimizin ziyanına kompromisə getməmişik”.  

Bununla belə, Saakaşvili qeyd edib ki, Kliçko ona “layiqli təklif” verib.

Qeyd edək ki, V. Kliçko M. Saakaşviliyə “UDAR” partiyasının sədri vəzifəsini təklif etmişdi. Kliçko bildirmişdi ki, Saakaşvilinin partiyasına Ali Rada seçkilərində iştirakına mane olublar.

Vitali Kliçko