“Virtual Məkanda Azərbaycan” layihəsi başlayır

virtual-mekanda-azerbaycan-layihesi-baslayir
Oxunma sayı: 1622

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsi baş tutacaq. 

Birliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Layihə müddətində müəyyən edilən seçim kriteriyaları əsasında iştirakçı gənclər seçiləcək, onlara müxtəlif mövzularda peşəkarlar tərəfindən təlimlər keçiriləcək, multiplayer qrupları formalaşdırılacaq. 

Daha sonra peşəkarların təcrübəsindən yararlanan gənclər ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Ardınca layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq. Əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcək. Layihənin ana məqsədi vikipediada məlumatları çoxluğuna nail olmaqdır.