Xalq artisti vəfat etdi - Foto

Xalq artisti vəfat etdi
Oxunma sayı: 770

Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb. 

Bu gün xalq artistinin ölməsi ilə bağlı bəzi KİV-lərdə məlumat getmişdi, lakin Q.Quliyevanın həkimi xalq artistinin süni tənəffüs aparatına qoşulduğunu və xəbərlərin əsassız olduğunu açıqlamışdı. 

Qeyd edək ki, xalq artisti ürək çatışmazlığından əziyyət çəkirdi. Ürəyindən əməliyyat olunduqdan sonra səhhətində ürək və böyrək çatışmazlığı kimi problemlər də yaranmışdı. 

Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi