Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyyəsini həyata keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, işçilərin təxliyyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Son xəbərlər
Son Xəbərlər