Xezerxeber.com domeni satılır

xezerxebercom-domeni-satilir
Oxunma sayı: 7474

Xəzər televiziyasının saytı kimi fəaliyyət göstərən “xezerxeber.com” saytının domeni dəyişdirilib.

Televiziyadan “Qafqazinfo”ya verilən məlumata görə, bundan sonra "Xəzər Xəbər"in saytı "az" domenində fəaliyyət göstərəcək. Buna səbəb isə şirkətin milli domenə üstünlük verməsidir.

Artıq oxucular informasiyaları "xezerxeber.az" saytından izləyə bilərlər. Bununla da, "xezerxeber.com" domeninin Xəzər Televiziyasi ilə heç bir əlaqəsi qalmayacaq.

Günel Türksoy