Misli Premyer Liqasında 24-cü turun növbəti qarşılaşması baş tutub.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “İmişli” Qubada “Sabah”ı qəbul edib.
Qarşılaşma Masazır təmsilçisinin 5:0 hesablı böyük qələbəsi ilə başa çatıb.
“Sabah”ın heyətində Stiv Solvet (11), Coy Lens Mikels (15-pen, 35), Kahim Parris (49) və Aleksey İsayev (71-pen) fərqləniblər. Hazırda 59 xalla turnir cədvəlinə liderlik edən “Sabah”dan fərqli olaraq, bölgə təmsilçisi 22 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qələbə ilə “Sabah” liderlik mövqeyini daha da möhkəmləndirib.
Son xəbərlər
Son Xəbərlər