Xırdalanda bədbəxt hadisə

xirdalanda-bedbext-hadise
Oxunma sayı: 3182

AAAF Park Yaşayış kompleksində bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, şirkətdə yenicə işə başlamış Fəzili Fərzəliyevin elektrik vurması nəticəsində həyatını itirdiyi iddia olunur.

Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. “AAAF”ın mətbuat katibi Kənan Məstəliyev olayın bu dəqiqələrdə baş verdiyini bildirib:

“Fəzili Fərzəliyevin ürəktutmadan öldüyü bildirilir. 55 yaşı var idi, ürəyinin zəif olduğu deyilir. Müvafiq orqanlar rəy verdikdən sonra dəqiq məlumat söyləyə bilərik”.

Günel Hacı