Xumar Qədimova Rəşad Məcidin sözlərinə mahnı oxudu- - Video

xumar-qedimova-resad-mecidin-sozlerine-mahni-oxudu-
Oxunma sayı: 1524


“Qafqazinfo”nun məlumatına görə, “Bir də gəlməyəcək mənim tək qadın” adlı bəstənin sözləri şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, musiqisi ifaçının özünə məxsusdur. 

R.Məcid mərasimi açıq elan edərək bəstənin ərsəyə gəlmə tarixçəsindən və X.Qədimovanın sənətindən bəhs edib:

“Buraya Xumar xanımın nəğmələrini, özünü sevən insanları dəvət etmişik. Xumar xanımın öz dünyası var, fərqli səviyyənin daşıyıcısıdır. Bu şeiri 2011-ci ildə yazmışdım. Fikirləşirdim ki, bu sözlərə nəğmə qoşmaq çətin alınar. Amma Xumar xanım bunu etməyi bacardı”.

“Rəşad Məcid səmimi insandır. Bu səmimiyyət onun şeirlərində də öz əksini tapır. Mən onun hədiyyə etdiyi kitabdan bu şeiri seçdim, musiqi bəstələdim. Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. O, ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq”.  
Xumar Qədimova bu sözləri redaktorun fikirlərinə münsaibət bildirərkə deyib:

“Hər zaman dillər əzbəri olacaq nəğmələr seçirəm. İndiyədək təqdimat keçirməmişəm, bunun əleyhinə olmuşam. Məncə, elə mahnı oxumaq lazımdır ki, o, öz-özünü dinləyiciyə təqdim etsin. Bu bəstədə də hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib”.

Könül