Yekun bəyannamə qəbul edilib

yekun-beyanname-qebul-edilib
Oxunma sayı: 646

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının II sammiti 2012-ci ildə Qırğızıstanda keçiriləcək. Sammit “Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq” mövzusunda olacaq.

ANS PRESS-in Qazaxıstanın "Kazinform" saytına istinadən verdiyi məlumata görə, Şuranın birinci sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan prezidentləri İlham Əliyev, Nursultan Nazarbayev, Roza Otunbayevə və Türkiyənin baş nazirin müavini Bekir Bozdağ iştirak edib.
Sammitdə aktual regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüş iştirakçları həmçinin ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi mövzusuna da toxunublar.

Bir qədər öncə tədbir çərçivəsində dörd ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçirilib. Həmin tədbir çərçivəsində Türkdilli Ölkələrin İşçi Şurasının yaradılması haqda sənəd imzalanıb.