Yenə də birinci oldu

yene-de-birinci-oldu
Oxunma sayı: 1779


ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ötən ilin iyun ayından bu ilin iyun ayınadək A. Coli 33 milyon dollar gəlir əldə edib. Aktrisa qazandığı ümumi məbləğin 15 milyon dollarını təkcə "Malefisent" filmindəki roluna görə, alıb. 

Siyahının ikinci pilləsində Cennifer Lourens qərarlaşıb. Aktrisa bir il ərzində 26 milyon dollar qonorar əldə edib. C. Lourens bu il həm də "Mənim oğlanım psixdir" filminə görə "Oskar" da qazanıb. 

Ən çox gəlir əldə edən aktrisaların siyahısının üçüncü pilləsində Kristen Stüart qərarlaşıb. O, 22 milyon dollar qazanıb. Sonrakı yerləri müvafiq olaraq Cennifer Eniston (20 milyon dollar) və 24 yaşlı Emma Stoun (16 milyon dollar) tutur.