Zelenskinin ofisindən Netanyahunun xanımının hərəkəti ilə bağlı - Açıqlama

Zelenskinin ofisindən Netanyahunun xanımının hərəkəti ilə bağlı
Oxunma sayı: 3200

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən İsrailin Baş Naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahunun hava limanında çörəyi yerə atması ilə bağlı açıqlama yayılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə isitnadən xəbər verir ki, prezident administrasiyasından verilən məlumatda deyilir:

“Birinci xanım bunu bilmədən etdi və kimisə incitmək məqsədi daşımırdı. Heç nə İsrailin Baş Nazirinin son 20 ildə ilk dəfə Ukraynaya səfərinin vacibliyinə kölgə sala bilməz. Bu görüş iqtisadi, təhsil və mədəni sferalarda əlaqələrin inkişafı üçün hər iki ölkə üçün vacibdir”.

Xatırladaq ki, hava limanında qarşılanma mərasimi zamanı ənənəyə uyğun olaraq Benyamin Netanyahuya duz-çörək təqdim edilib. Çörəkdən bir tikə qıran Netanyahu daha sonra onu xanımına verib. Sara Netanyahu isə çörək tikəsini yerə atıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi