Zərnigar Ağakişiyeva harada dəfn olacaq?

zernigar-agakisiyeva-harada-defn-olacaq
Oxunma sayı: 4037

Ötən gün dünyasını dəyişən Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi Quba rayonuna aparılacaq.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Rüstəmova məlumat verib. 

O, mərhumun cənazəsinin doğulduğu Quba şəhərinə aparıldığını bildirib:

“Artıq Zərnigar Ağakişiyevanın nəşi yaxınlarına təhvil verilib, dəfn Quba şəhərində baş tutacaq. Mərhum anasının yanında dəfn ediləcək”.