Zərrab Dövlət Baxçalıdan 100 min tələb edir

zerrab-dovlet-baxcalidan-100-min-teleb-edir
Oxunma sayı: 2637



“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab onun şəxsiyyət və ləyaqətini təhqir etdiyinə görə Baxçalıya qarşı dava açaraq ondan 100 min lirə təzminat tələb edib. 

Davaya səbəb kimi Baxçalının onu 30 mart seçkilərinə 3 gün qalmış Kahramanmaraşda etdiyi çıxışda şarlatan adlandırması olub:

“İrandan bir şarlatan gəlib ki, onun nə olduğu da bilinmir. Bu İrandan gələn şarlatan 4 nazir oğlunu özündən asılı edərək nazirləri də rüşvətə alışdırıb. Türkiyəni soyub talayır. İranın embarqosunu ləğv etdirməyə çalışan bu şarlatan nazirlərlə daim  iş fəaliyyətində olan bir şarlatandır. Bu iranlı şarlatan həbsdə 43 gün qaldıqdan sonra azadlığa çıxdı. Ərdoğan bunun üçün niyə bu qədər narahat oldu?”.