Zinaida Mirkina 92 yaşında vəfat etdi

zinaida-mirkina-92-yasinda-vefat-etdi
Oxunma sayı: 1665

Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya KİV-nə isitnadən xəbər verir ki, bu barədə yazıçının adına olan sosial şəbəkədə məlumat yayılıb.

Mirkina ilə vida mərasimi sentyabrın 24-də Ədəbiyyatççıların Mərkəzi Evində keçiriləcək.

Qeyd edək ki, əsərlərini 50-ci illərdən çap etdirməyə başlayan Zinaida daha çox orta əsrlər İslam poeziyasından, habelə Rabindranat Taqor və Rayner Mariya Rilkedən tərcümələri ilə məşhurdur. 

O, 2013-cü ildə dünyasını dəyişən filosof Qriqori Pomerantsın həyat yoldaşıdır.