“Zirə” 3 xalı 3 qolla qazandı

zire-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 1076

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda növbəti oyunlar keçirilir.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Zirə” “Kəpəz”i qəbul edib.

Matçda üstün oynayan “Zirə” rəqibini 3-0 məğlub edib. Bununla da xalını 18-ə çatdıran paytaxt təmsilçisi, ikinci pillədəki mövqeyini gücləndirib.

“Kəpəz” isə 4 xalla sonuncu pillədə qalıb.

“Zirə” – “Kəpəz” - 3:0

Qollar: Təmkin Xəlilzadə, 48, 64, Riçard Qadze, 76