Ən sərfəlisi – - Azercell-dir!

en-serfelisi-
Oxunma sayı: 1947


Ölkənin mobil rabitə bazarında liderliyi saxlayan Azercell Telekom MMC hər zaman olduğu, kimi yenə də abunəçilərin maraqlarına qulluq edir. Bunun təsdiqidir ki, şirkət trafik mübadiləsi üzrə qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyib. Mütəmadi olaraq tarif siyasətində yenilik edən operator bu dəfə daha sərfəli qiymətlərlə abunəçilərini sevindirdirmək niyyətindədir. 

Azercell-in prezidenti Kirill Qaburiçin sözlərinə görə Azercell qiymət və keyfiyyət baxımından ölkədə ən əlverişli operator sayıla bilər: “Məhz bizdə üç milyondan artıq abunəçi yəni müştəri bazamızın 70%-i üçüncü dəqiqədən sonra sıfır tariflə danışır. Bunların bir milyonu “Bölgə” tarifinin, digər iki milyonu isə gənc seqmentlər üçün tariflərin istifadəçiləridir”. 

Qeyd edək ki, şirkət abunəçilərin gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün daha bir addım atıb. Hazırda mobil bazarın bir oyunçusu ilə fəal danışıqlar mərhələsində olan Azercell həmin operatorla tariflərin bərabər səviyyəyə gətirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün müsbət nəticəsi şəbəkədaxili tariflərin tətbiqində olduğu kimi şəbəkəxarici tariflərdə də eyni - müştəri yönlü yanaşmanı tətbiq etməyə imkan verəcək. 

Bildiyimiz kimi, Azercell müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir: tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, bölgə sakinləri – hər bir abunəçi özünə daha sərfəli olan tarifi rahatlıqla seçə bilər.

Məsələn, “GəncSim”çilər 3-cü dəqiqədən sonra 0 qəpik, “Bölgə” tarifinin istifadəçiləri bütün istiqamətlərdə 5 qəpiklə, üstəlik, 3-cü dəqiqədən sonra pulsuz danışırlar. 

Fakturalı xətt abunəçiləri üçün də sərfəli tarif paketləri mövcuddur. Misal üçün 200 dəqiqə cəmi 10 manata.

Müharibə veteranları hər yükləməyə görə məbləğin 100%-ni balanslarına hədiyyə alırlar. Beynəlxalq zənglərin tarifləri bütün Azercell abunəçiləri üçün eynidir. Əzizlərinizlə isə 60%-dək endirimlə danışa bilərsiniz.

Tarifinizi dəyişmək üçün SimSim abunəçiləri seçdiyi tarifin adını yazıb 7575-ə, Fakturalı xətt abunəçiləri isə seçdiyi tarifin adını yazıb 650-yə göndərə bilərlər. 

Tariflərin qiymətlərinin aşağı salınması ilə bərabər Azercell daim öz şəbəkəsinin və müştəri xidmətlərinin təkmilləşdirilməsinə, yeni, innovativ xidmətlərin yaradılmasına vəsait yatırır. Şirkət gələcəkdə də abunəçilərinə keyfiyyətli rabitə ilə yanaşı, ölkəmizdə unikal xidmət növləri, sərfəli tarif paketləri və endirim kampaniyaları təqdim etməkdə davam edəcək.