Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın ölüb

kerbelaya-ziyarete-geden-azerbaycanli-qadin-olub
Oxunma sayı: 2342

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarət etmək üçün gedən qadınlardan biri dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə "Report"a hazırda Kərbəla ziyarətində olan Nisə Tağıyeva məlumat verib.

O, dünyasını dəyişən qadının 65 yaşlı Səyyarə adlı şəxs olduğunu bildirib.

N.Tağıyevanın sözlərinə görə, ölən şəxsin vəziyyəti qəflətən pisləşib.

Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.